Xalq artistimiz Jasmen Qriqoryan: `Azərbaycan xalqının nökəriyəm` – VİDEO
15:52 10 Mart 2017
İnternetdə 30-cu illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş Jasmen Qriqoryanın çıxışı əks olunmuş kinoxronika yayılıb.
Femida.az strateq.az-a istinadən xəbər verir ki, 1938-ci ildə təbliğat-təşviqat məqsədi ilə çəkilmiş bu lentdə Azərbaycanın xalq artisti olmuş Jasmen Qriqoryan deputat məsuliyyəti ilə bağlı çıxış edir. O, Stalin Konstitusiyasını tərifləyir.
Bununla yanaşı, çıxışda maraqlı məqamlar da var. “Mən Azərbaycan SSR-in xalq deputatı adını daşımağımla fəxr edirəm və bunu böyük şərəf sayıram. Xalqın etimadını doğrultmağa çalışıram”, – Jasmen çıxışında qeyd edir.
Qriqoryan deputatları “xalqın xidmətçisi” adlandırır: “Ən böyük xoşbəxtlik mənim üçün odur ki, mən xalqın nökəriyəm. Öz fəaliyyətimdə mən böyük Stalinin bu göstərişini heç vaxt unutmuram”.
Jasmen Qriqoryan dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1894-cü ildə Tiflisdə anadan olan Jasmen 1920-48-ci illərdə Bakıda fəaliyyət göstərən erməni teatrında işləyib. 1949-cu ildə teatr bağlandıqdan sonra o, Ermənistan hökumətinin dəvəti ilə Yerevana köçüb. Burada Sundukyan adına Yerevan dram teatrında çalışıb.
Jasmen Qriqoryan 1978-ci ildə vəfat edib.
Femida.az
Oxunub: 11507
Oxşar xəbərlər
- Xalq artisti vəfat etdi
- Xalq artistlərinin məhkəməsi başladı
- Xalq artistinə 70 min `atan` şəxs həbs edildi
- Xalq artistinin ailəsində ağır itki
- Xalq artistinin 100 illik yubileyi keçiriləcək
- Xalq artisti vəfat etdi
- Xalq artisti dəfn olunub
- Xalq artisti vəfat etdi
- Xalq artisti süni tənəffüs aparatına qoşulub – YENİLƏNİB
- Xalq artisti filarmoniyaya direktor təyin edildi